SƏTƏM Mühəndisi

Full time Azejob.com in Construction & Repair and Engineering Email Job
  • Share:

Job Detail

  • Career Level Specialist
  • Experience 2 Years
  • Gender All
  • Qualifications Bachelor Degree
  • Language requirements AzerbaijanEnglish
elan

Job Description

 

SMTS MMC “Sətəm Mühəndisi”  vəzifəsi üzrə vakansiya elan edir.

 

Tələb olunan iş Bacarığı:

  • İSO 45001-2018 və ISO 14001 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı lazımı biliklərə malik olmaq.
  • İSO 45001 və ISO 14001 üzrə auditin aparılmasında sənədlərlə işləyə bilməli.
  • Tikinti Quraşdırma İşlərində Risklərin qiymətləndirlməsi bacarığına malik olmaq.
  • Tikinti Quraşdırma İşlərinin gedişatını analiz etmək, təhlükəsizlik tələblərinin pozulmasını müəyyən etmək, işin daha təhlükəsiz yerinə yetirlməsi üçün İş metodunda tətbiq etmək bacarığı.
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməli.
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
  • Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir:
  • Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
  • Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
  • Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına;
  • Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə;
  • İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
  • İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
  • İstənilən ziddiyyətləri məsələləri müəyyən edib yoluna qoymaq üçün problemi həlletmə bacarıqları;
  • Bir metodologiyanın digərindən üstün faydalarını təhlil etmək üçün təhlil bacarıqları;
  • Müəssisə prosedurlarını, təlimatlarını, texniki sənədlərini və əlaqəli sənədləri oxuyub şərh etmək;
  • Potensial təhlükələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək və səmərəlilik dərəcəsini müəyyən etmək;
  • Risklərin qiymətləndirilməsi və idarə olunması üzrə bacarıqlar;
  • Nəticələrə nəzarət etmək və işin keyfiyyətini qiymətləndirmək.

 

Tələb olunan təhsil və biliklər:

  • Ali təhsil (Texniki)
  • SƏTƏM Mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
  • Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini səlist ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
  • Sertifikatları (IOSH, FHN, Hündürlükdə iş, İlk yardım, Yanğın təhlükəsizliyi, Riskin qiymətləndirilməsi və s.)
  • İT bilikləri -Microsoft Office
  • Ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi, sanitar-gigiyena, texniki təhlükəsizlik məsələləri üzrə metodiki materialları;
  • SƏTƏM siyasəti və hədəfləri;
  • Ətraf mühitin mühafizəsi üzrə qabaqcıl yerli və xarici təcrübə;
  • ISO 9001,OHSAS 18001 standartları və ISO 14001 standartları;
  • İnfrastruktur tikinti layihələrində beynəlxalq təhlükəsizlik normaları və nəzarət tədbirləri;
  • Potensial təhlükələrin qarşısının alınması üçün görülən əsas qabaqlayıcı tədbirlər;
  • İstehsalat sanitariyası;
  • Elektrik, qaz təhlükəsizliyi tədbirləri və fövqaladə hallar zamanı təhlükəsizlik;
  • Torpağın, suyun və havanın çirklənməsinin qarşısının alınması tədbirləri;
  • İş əsaslı stresslərin idarəolunması qaydaları;
  • SƏTƏM üzrə tədbirlərin həyata keçirilməsi barəsində hesabatın tərtib edilməsi qaydası;
  • FHN-nin yanğınla mübarizə ilə bağlı qayda və prosedurları (fərman və sərəncamlar);
  • İlkin tibi yardım qaydaları;
  • SƏTƏM qayda və prosedurları.
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;

 

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-45 AZN
  • Əmək haqqı 1200-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən verilir

 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “SƏTƏM Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Other jobs you may like

en_GBEN