Kreditlərin ilkin təqibi şöbəsinə mütəxəssis

Full time Azərbaycan Beynəlxalq Bankı in Accounting & Finance and Banking
  • Azerbaijan, Baku, Azerbaijan View on Map
  • Post Date : October 13, 2021
  • Apply Before : November 13, 2021
  • Salary: Negotiable
  • View(s) 93
Email Job
  • Share:

Job Detail

  • Career Level Specialist
  • Experience Less Than 1 Year
  • Gender All
  • Qualifications Bachelor Degree
  • Language requirements Azerbaijan
elan

Job Description

Azərbaycan Beynəlxalq Bankı Kreditlərin ilkin təqibi şöbəsinə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

 

Görəcəyiniz işlər:

  • Təhkim olunmuş gecikmə qruplarına gündəlik zənglərin olunmasının təşkili;
  • Müştərilərlə danışıq nəticələrinin mövcud sistemdə düzgün qeydiyyatının aparılması və qeydlərin düzgünlüynə görə məsuliyyətin daşınması;
  • Müştərilərlə danışıq zamanı şəxsi münasibətlərə yol verilməməsi, korporativ mədəniyyətin qorunub saxlanması;
  • Zənglərin keyfiyyətli və ödəniş olunması istiqamətində təhrikedici üslubda təşkili;
  • Birbaşa tabeliyində olan rəhbərə gündəlik fəaliyyətinin statistik hesabatlarının təqdim edilməsi.

 

Bizim üçün uyğun namizəd:

  • İqtisadiyyat və ya hüquq istiqaməti üzrə ali təhsili olan;
  • Aktiv kommunikasiya bacarığı olan;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı olan şəxsdir.

 

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi  cv@abb-bank.az  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin ilkin təqibi şöbəsinə mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

 

Other jobs you may like

en_GBEN