BP Azərbaycan yay təcrübə proqramı

Internship Azejob.com in Other
  • Azerbaijan, Baku, Azerbaijan View on Map
  • Post Date : April 7, 2021
  • Apply Before : April 19, 2021
  • Salary: Negotiable
Email Job
  • Share:

Job Detail

  • Career Level Intern
  • Experience Fresh
  • Gender All
  • Qualifications Bachelor Degree
  • Language requirements AzerbaijanEnglish
elan

Job Description

BP Azərbaycanın yay təcrübə proqramına ərizələrin qəbulu aprelin 19-dək uzadıldı.  Ərizələr növbəti sahələr üzrə qəbul olunur:

  • Maşınqayırma/Mexanika mühəndisliyi
  • Qazma mühəndisliyi (quyular)
  • Neft mühəndisliyi
  • Geologiya/Yerşünaslıq
  • Data elmləri
  • Petrofizika
  • Proseslər (texnoloji) üzrə mühəndislik
  • Nəzarət-ölçü cihazları və idarəetmə sistemləri üzrə mühəndislik
  • Fırlanan avadanlıqlar üzrə mühəndislik
  • Elektrik mühəndisliyi
  • Təzyiq sistemləri mühəndisliyi
  • Sualtı layihələr

 

Bu nədir?

Tələbələr üçün yay təcrübə proqramı bp şirkətində yay tətili zamanı 10 həftəlik çalışmaq imkanıdır. Təcrübəniz müddətində siz rəqabətə davamlı əmək haqqı alacaq, əsl komanda işi ilə tanış olacaq və ən son avadanlıq və texnologiyalardan istifadə etməklə yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə və əməliyyatlarda iştirak edecəksiniz. Karyera təşəbbüslərinizi üzə çıxarmaq və müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq texniki və fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı qazanacaqsınız. 2021-ci ilin yay təcrübə proqramı COVID-19 pandemiyası ilə əlaqədar olaraq tam virtual şəkildə keçiriləcək.

 

Bu necə baş verir?

Təcrübənizin başlanğıcında biz sizin təcrübə zamanı inkişaf etdirə biləcəyiniz bacarıqları müzakirə edəcək və sizi proqram boyu inkişafınızı qiymətləndirməyə həvəsləndirəcəyik. Bütün təcrübə keçənlərə menecerlər yardım edəcəkdir. Onlar sizinlə birlikdə işin məqsədlərini müəyyən edəcək və bu məqsədlərə nail olmaq üçün sizə lazımi dəstəyi göstərəcək, avadanlıqlarla təmin edəcəkdir.

Təcrübənizdən maksimum dərəcədə istifadə etmək üçün təfsilatlı və mərkəzləşdirilmiş qiymətləndirmə prosesi çox vacibdir. Meneceriniz sizin inkişafınıza nəzarət edəcək, bütün təcrübə boyu və əsasən də proqram müddətinin ortasında aparılan qiymətləndirmə zamanı bu barədə sizinlə müzakirə aparacaq. Bu sizə təcrübə zamanı hansı nəticələrə nail olmağınızı görməyə və təcrübənin tamamlanmasına qədər əlavə hansı bilik və bacarıqlara ehtiyacınız olduğunu müəyyən etməyə yardım edir.

Bundan əlavə, təcrübə zamanı bp şirkəti daxilində əməkdaşlarla əlaqə qurmağa köməklik göstərən, irəliləyişlərinizi müzakirə edən və yaranan hər bir sualınıza cavab verə biləcək bir iş yoldaşı təyin olunacaq.

 

Kim ərizə  verə bilər?

Bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2022-ci ildə bitirən bütün tələbələr 2021-ci il təcrübə proqramında iştirak üçün müraciət edə bilərlər.
Yalnız Azərbaycan Respublikasının vətəndaşları bu proqramda iştirak edə bilərdilər.

 

Necə ərizə verilməli?

BP Azərbaycanın 2021-ci il üzrə təcrübə proqramına ərizə qəbulu başlayıb. Ərizələrin qəbulu üçün son tarix: 19 aprel, 2021-ci il, saat 23:00.

 

Other jobs you may like