Featured

“Şəfa Broyler” ASC

  • Social Links:

Overview

  • Sectors Food and Catering
  • Posted Jobs 0
  • Viewed 1009

Company Description

Şirkətin tarixi

Azərbaycanın lider quşçuluq müəssisələrindən biri olan “Qaraqaşlı Broyler” ASC “ŞƏFA” əmtəə nişanı ilə istehsal və satış etdiyi halal kəsilmiş toyuq məhsulları xalqımızın məmnuniyyətini qazanmışdır. Cəmiyyət 2004-cü ildə təsis edilmişdir. Cəmiyyətin bütün sahələrində əsaslı yenidənqurma və təmir işləri aparılmışdır. İstehsalat sahələrinə mərhələlərlə yeni müasir avadanlıqlar quraşdırılmışdır.

Neftçala və Salyan rayonlarında yerləşən istehsal sahəmizin tərkibinə: baytarlıq və biotəhlükəsizlik bölməsi, damazlıq yetişdirmə və anaclıq (yumurtama) sahəsi, inkubator sahəsi, yem istehsalı zavodu, broyler bəsləmə sahəsi, kəsim və paketləmə bölməsi, rendrinq (tullantıların emalı) fabriki, hazır məhsul saxlama anbarları daxildir. Bununla yanaşı Bakı şəhərində və regionlarda satış mərkəzləri, firma mağazaları müştərilərimizə xidmət göstərir.

Missiyamız

Biz, “QAYĞI İLƏ BƏSLƏDİK” devizi ilə sizə xidmət etməkdən məmnunuq.

Məqsədimiz

Məqsədimiz istehlaçılarımıza halal və keyfiyyətli toyuq əti istehsal etməklə bazardakı liderliyimizi davam etdirməkdir. Bununla yanaşı həm daxili bazarın quş əti tələbatını ödəmək, həm də daxili iqtisadiyyatın güclənməsinə öz töhvəmizi verməkdir. Bu istiqamətdə hər bir əməkdaşımız səylə çalışır.

en_GBEN